rent a car

Yeniliklər

 

Yeni media fənlərini tədris edən müəllimlər üçün keçirilən Təlimlər başa çatıb

İREX MEDİA Azərbaycan nümayəndəliyinin təşəbbüsü və xarici mütəxəssislərin iştirakı ilə Universitetlərdə Yeni media fənlərini tədris edəın müəllimlər üçün keçirilən Təlimlər başa çatıb.
Təlimlər İREX Media qurumu tərəfindən Multimedia Mərkəzi ilə partnyorluq şəraitində gerçəkləşdirilən “Azərbaycan Yeni Media” layihəsi çərçivəsində baş tutub. Böyük Britaniyadan olan mütəxəssis David Brever iştirakçılara yeni media fənlərinin tədris metodları barədə bir sıra dəyərli bilgilər və məlumatlar veriblər.
Treninqdə Yeni medianın tədrisinin təkmilləşdirilməsi istiqamətində gələcəkdə həyata keçiriləcək tədbirlər haqqında da müzakirələr aparılıb.
Universitetlərin jurnalistika fakültələrinin müəllimləri üçün nəzərdə tutulan təlimlərdə BDU, Naxçıvan Dövlət Universiteti, Qərb Universiteti, Azərbaycan Universiteti , Xəzər Universiteti , Odlar Yurdu Universiteti və Dillər Universitetinin müəllimləri iştirak ediblər.

 

Leave a Reply

*Name

e-Mail * (will not be published)

Website