rent a car

Yeniliklər

 

“Media və təhsil dialoqu: yeni çağırışlar” mövzusunda konfrans keçirilib.

İyunun 9-da  Təhsil  Nazirliyinin  təşkilatçılığı  ilə  Bakı Dövlət Universiteti və  Azərbaycan  Dövlət  İqtisad   Universitetində  “Media və təhsil dialoqu: yeni çağırışlar”  mövzusunda  praktik  konfrans  keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin və  media qurumlarının rəhbərləri, tanınmış təhsil ekspertləri,

jurnalistlər iştirak ediblər. Konfrans  2 panelə bölünüb.  “Təhsildə media təfsilatı” mövzusunda keçirilən birinci panel Bakı Dövlət Universitetində baş tutub. Tədbirdə çıxış edən  Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov müasir dünyada təhsilin və mətbuatın mühüm rolunu vurğulayaraq  media – təhsil dialoqu barədə fikirlərini bildirib,  mediada təhsil sahəsinin daha geniş və obyektiv işıqlandırılması  əhəmiyyətindən danışıb. Daha sonra  Cəsarət Valehov və nazirliyin  informasiya texnologiyaları üzrə mütəxəssisi Mehman Şəfaqətov “Təhsil Nazirliyinin media ilə əməkdaşlıq təcrübəsi” mövzusunda təqdimatla çıxış ediblər.  Təqdimatda Təhsil Nazirliyi tərəfindən may ayında aparılmış  hesabat açıqlanıb.  Hesabatda müxtəlif ali məktəblərin media strukturlarının  3 aylıq statistik məlumatları, ayrı-ayrı media qurumlarının təhsil məsələlərinin işıqlandırılmasına necə  və hansı müstəvidə  yanaşması əksini tapıb.   Təhsillə bağlı bütün məlumatlar, görülən işlər, tədbirlər nazirliyin saytında, rəsmi facebook səhifəsində və təhsi

Daha sonra Bakı Dövlət Universitetinin kafedra  müdiri Aynur Kərimova “Krizis kommunikasiyada media” mövzusunda təqdimat edib. Təqdimatda böhranlı vəziyyətlərdə medianın fəaliyyətinin təşkili  və məlumatların ötürülməsi məsələsi və digər maraqlı məqamlara toxunulub.l nazirinin özünün facebook səhifəsində yerləşdirilib.

Sonra geniş müzakirələr aparılıb və çoxsaylı   suallar cavablandırılıb.

Plenar iclasda çıxış edən BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli, jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev, BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova təhsil  və medianın qarşılıqlı münasibətindən,  müasir dövrün təhsil sistemi, media qarşısında qoyduğu çağırışlardan bəhs ediblər.

Azərbaycan Dövlət İqtisad Universitetində davam etdirilən plenar iclas Təhsil Nazirliyinin aparıcı mütəxəssisi Billurə Hacızadənin moderatorluğu ilə keçib. İkinci plenar iclasda medianın sosial məsuliyyəti anlayışının mahiyyətindən bəhs olunub.  B.Hacızadə bildirib ki, mediada sosial məsuliyyətlilik əsas və vacib məsələlərdəndir.

“Sosial mediada təhsil” mövzusunda çıxış edən “APA-Holdinq” MMC-nin prezidenti Vüsalə Mahirqızı  medianın peşəkarlığı, sosial məsuliyyətinin vacibliyini qeyd edib.

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz “Sosial mediada PR texnologiyaları” və Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov “Mediada qeyri-peşəkarlıq problemi” mövzularında məruzələr ediblər. Çıxışlarda sosial medianın inkişafı, internet -medianın strukturlaşmış bir formaya çevrilməsi, bütün cəmiyyət üzvlərinin, biznes qurumlarının və dövlət təşkilatlarının sosial şəbəkələrdə iştirakından danışılıb.

Müzakirələrdə iştirak edən Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, təhsil eksperti Etibar Əliyev konfransın böyük önəm daşıdığını, təhsil qurumları ilə media arasında əməkdaşlığın inkişafına təkan verəcəyinə əmin olduqlarını  vurğulayıblar.

“Azərbaycan müəllimi”,  “Azad Azərbaycan” televiziyası və “APA-Holdinq”in informasiya dəstəyi ilə təşkil olunmuş konfrans  “Media və təhsil dialoqu” mövzusunda müzakirələrlə başa çatıb.

 

Leave a Reply

*Name

e-Mail * (will not be published)

Website