rent a car

Yeniliklər

Elektron imzalardan istifadə vacib deyil

2012-ci ildə ali məktəblərə qəbul imtahanında elektron-rəqəmsal imzalardan istifadə vacib deyil, əvvəllər olduğu kimi abiturientlər internet vasitəsi ilə buraxılış vərəqəsi əldə edə biləcəklər. Bu barədə TQDK açıqlama yayıb. Qurumdan verilən məlumata görə, son vaxtlar qəbul imtahanlarında elektron imzalardan istifadə ilə bağlı xəbərlər əsassızdı.

Məlumdur ki, elektron imzalar 3 il müddətində 30 AZN dəyərində olur və bunu istənilən şəxs əldə edə bilmir. Bundan başqa tələbələrin az bir qismi belə imzadan istifadə etməyi planlaşdırır.

Magistratura sektorunun müdürü Natiq Əliyev bildirib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi TQDK-nın qısamüddətli və ucuz tariflə elektron ərizələrin tələbələrə verilməsi təklifini qəbul etmeyib. Əsas səbəb kimi bunun hələ ki mümkünsüzlüyü göstərilib. “Buna görə biz bu məsələni abituriyentlərin ixtiyarına buraxmışıq.”- Əliyev əlavə edib.

 

Leave a Reply

*Name

e-Mail * (will not be published)

Website