rent a car

Yeniliklər

 

“Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi” mövzusunda Dəyirmi Masa keçiriləcək

Multimedia Mərkəzi bildirir ki,  04 may 2012-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində  “Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi”  mövzusunda Dəyirmi Masa  keçiriləcək.
Dəyirmi Masanın  keçirilməsində məqsəd ölkədə peşəkar yeni media mütəxəssislərinin hazırlanması istiqamətində  təhsil, biznes və İKT sektorunun birgə səylərini gücləndirməkdir.
Dəyirmi Masada Multimedia Mərkəzinin  hazırladığı yeni medianın tədris modullarının müzakirəsi   nəzərdə tutulub. Mərkəz ölkədə jurnalistika təhsili verən  Universitetlərdə  tədrisi nəzərdə tutulan dörd  yeni media fənninin  tədris proqramlarının layihələrini hazırlayıb. Yeni tədris modulları təhsil müəssisələrinin, ekspertlərin və yeni media mütəxəssislərinin məsləhətləşmələri əsasında hazırlanıb. Tədris proqramları ölkədə yeni medianın inkişaf perspektivləri, yeni media bazarında kadrlara olan tələbat və təhsil alanların praktiki bacarıqlarının gücləndirilməsi amilləri  nəzərə almaqla hazırlanıb. Mövcud təhsil  standartlarına uyğun hazırlanan fənlərin həm fundamentaL , həm də ixtisasın (proqramın) peşə hazırlığı fənləri qrupuna daxil edilməsi nəzərdə tutulur.
Dəyirmi Masada Jurnalistika təhsili verən ali təhsil müəssisələrində yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi istiqamətində, bu fənnin yeni media bazarının tələblərinə uyğunlaşdırılaraq  tədris olunması, yeni medianın gələcək tədris modelinin əsas  istiqamətləri haqqında peşəkar müzakirələr təşkil olunacaq.
Dəyirmi Masanın  yekununda  irəli sürülən təklif və tövsiyələr əsasında yeni medianın tədris modullarının yenidən işlənməsi və  jurnalistika təhsili verən ali  təhsil müəssisələrinə təqdim edilməsi nəzərdə tutulub.
Dəyirmi Masada  İnternet media qurumları və Jurnalistika təhsili verən ali təhsil müəssisələri nümayəndələrinin,  yeni media texnologiyaları sahəsində çalışanların, dövlət qurumları  və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Dəyirmi Masa Multimedia Mərkəzinin həyata keçirdiyi ”Yeni medianın  tədrisinin təkmilləşdirilməsi” Layihəsi çərçivəsində keçirilir.
Layihə ABŞ – Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənib.

Multimedia Mərkəzi
492 44 44
www.cit.az
www.xeberler.az
multimedia@cit.az

 

Leave a Reply

*Name

e-Mail * (will not be published)

Website