rent a car

Yeniliklər

 

“Yeni medianın tədrisinin təkmilləşdirilməsi” mövzusunda Dəyirmi Masa keçirilib

Bu gün   Beynəlxalq Mətbuat Mərkəzində Multimedia Mərkəzi tərəfindən “Yeni medianın tədrisinin təkmilləşdirilməsi”  mövzusunda Dəyirmi Masa  təşkil olunub.
Multimedia Mərkəzinin rəhbəri, AİF –in prezidenti  Osman Gündüz Dəyirmi Masanı açaraq onun məramı və məqsədi haqqında məlumat verib. O, həmçinin “Yeni medianın yeni tədris modulları” mövzusunda Təqdimatla çıxış edib. O, ölkədə ilk dəfə olaraq Yeni media fənninin tədris ilə bağlı ciddi araşdırmaların aparıldığını və bunun əsasında Universitetlərdə tədrisi nəzərdə tutulan yeni media fənlərinin Modullarının hazırlandığını  bildirib. O aşağıdakı Modulları təqdim edib:  Yeni Mediaya giriş fənni,  Onlayn Jurnalistika fənni,  Multimedia Jurnalistika fənni , Sosial Media fənni.


Osman Gündüz  qeyd edib ki Yeni medianın tədris modulları hazırlanarkən  Beynəlxalq standartlar öyrənilib, ölkənin Yeni media bazarında peşəkarlıq və kadrlarla bağlı situasiya araşdırılıb və ölkədə Yeni medianın inkişaf perspektivləri nəzərə alınıb. Yeni modullar hazırlanarkən həmçinin Ali təhsil müəssisələrində təhsil prosesinin təşkilində mövcud standartlar da nəzərə   alınıb. Yeni fənlərin  həm fundamental , həm də ixtisasın (proqramın) peşə hazırlığı fənləri qrupuna daxil edilməsi nəzərdə tutulur.
Fənn  modulları hazırlanarkən onlayn jurnalist hazırlanmasına qoyulan tələblərlə bərabər, ölkənin Yeni media bazarının konkret sahələri üzrə (İnternet TV/Radio sektoru, Sosial media sektoru, Onlayn qəzet /Agentlik sektoru) kadrlara verilən  tələblər də nəzərə alınıb.
Dəyirmi Masada  Xəzər Universitetinin İnternet jurnalistika müəllimləri, gənc yazar Aydın Xan və Cabir Məmmədli , Slavyan Universitetinin   kafedra müdiri Aynur Bəşirli və müəllimi Xanım  Cavadova,  AMEA İTİ-nin şöbə müdiri Rasim Mahmudov,  yeni media mütəxəssisi Azər Nəzərov, İREX-in rəhbəri Angela Nicoara və əməkdaşı Ələsgər Məmmədli, Azərbaycan Universitetinin müəllimi Jalə Dilanova,  Naxçıvan Dövlət Universitetinin müəllimi Şəhla  Şirəliyeva, BDU-nun kafedra müdiri Cahangir Məmmədli,  Jurnalistika Fakültəsinin dekan müavinin Əli Haciyev və Onlayn  Xəbər qurumunun inzibatçısı Samir İsayev,  Day.az  Radio –nun direktoru Zaur Darabzadə, Yeni Nəzil Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev, Mətbuat Şurasının sədr müavini  Müşfiq Ələsgərli,  Rabitə Dünyası qəzetinin yazarı Seymur Qasımbəyli  və digərləri mövzu ətrafında çıxış ediblər.
Çıxışlarda Yeni Medianın  tədris modullarının mühüm əhəmiyyət kəsb etməsi və vacibliyi qeyd edilib.  Jurnalistika təhsili verən Universitetlərin tədris proqramlarında yer alması üçün atılacaq addımlar diqqətə çatdırılıb. Müzakirələrdə  Modulların təkmilləşdirilməsi istiqamətində təkliflər irəli sürülüb.
Sonda Modulların müzakirə üçün açıq olduğu və irəli sürülən təkliflər  nəzərə alınmaqla yenidən işlənərək Universitetlərə təqdim ediləcəyi bildirilib
Yeni medianın tədris modulları Multimedia Mərkəzinin həyata keçirdiyi  ”Yeni medianın  tədrisinin təkmilləşdirilməsi” Layihəsi çərçivəsində hazırlanıb. Layihə çərçivəsində həmçinin  9 Universitetə Onlayn Laboratoriyalar  təqdim olunub, bununla bağlı təlimlər keçirilib. BDU-da İnternet Studiyanın yaradılması başa çatmaq üzrədir. Həmçinin yeni medianın tədrisi ilə məşğul olanlara metodiki-informasiya dəstəyi üçün onlayn resurs hazırlanır.

Layihə ABŞ – Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənib.

Yeni medianın tədris Modullarını buradan əldə etmək olar : http://yenimedia.az/t%C9%99dris/ym-modullari

Multimedia Mərkəzi
492 44 44
www.cit.az
www.xeberler.az
multimedia@cit.az

 

Leave a Reply

*Name

e-Mail * (will not be published)

Website