Sizin haqqınızda nə yazırlar və nə danışırlar ?

YeniMedia- Media Monitorinq Sistemi ilə özünüz, rəqibləriniz və dostlarınız haqqında, brendiniz haqqında, maraq dairənizə uyğun bütün baş verənlər haqqında məlumatları istədiyiniz anda əldə edə bilərsiniz. Ətraflı Gün ərzində baş verənlərdən və gündəmdən anında xəbər tutmaq üçün

Xəbərlər

Hamısına baxright arrow
Məlumat tapılmadı

Haqqımızda

YeniMedia.az bir Monitorinq və PR sistemidir. Bu resurs Media Monitorinq və PR işlərini "vahid pəncərə"dən idarə etmək imkanı verən rəqəmsal xidməti təklif edir.

Bu Monitorinq sistemi vasitəsilə Azərbaycan İnternetində mövcud olan bütün başlıca onlayn xəbər resurslarını və gündəlik çap mətbuatını, həmçinin televiziya proqramlarını monitorinq edərək lazım olan məlumatları ən qısa zamanda operativ olaraq müştərilərə çatdırırıq. (İlkin versiyada yalnız onlayn xəbər resursları üzrə xəbər icmalını hazırlamaq nəzərdə tutulur).

İstifadəçilərimiz bu resursdan istifadə edərək seçilən açar sözlərə uyğun olaraq gün ərzində özləri haqqında, rəqibləri və dostları haqqında, maraq dairəsinə uyğun bütün baş verənlər haqqında məlumatları əldə edə bilirlər. İstifadəçilər gün ərzində özləri haqqında məlumatları öz hesabına daxil olmaqla və ya qeyd etdiyi email vasitəsilə, seçilən vaxt qrafikinə uyğun olaraq əldə edə bilirlər.

YeniMedia Monitorinq sistemi onlayn mediada xəbər resurslarının açıqladığı xəbərlər üzrə statistikanı da açıqlayır. Monitorinq sistemi hələlik yalnız onlayn media qurumunun məhsuldarlığını, yəni gün ərzində onlayn resursda yerləşdirilən ortalama xəbər sayını müəyyən etməyə imkan verir.

Növbəti mərhələdə açar sözlərin onlayn mediada müxtəlif yazılarda işlənməsi tezliyini göstərən, həmçinin xəbərlərin məzmununun təhlilini göstərən infoqrafikalar təqdim edilməsi nəzərdə tutulub.

Xidmətlərimiz barədə əlavə məlumat əldə etmək üçün _______ ünvanına e-mail göndərə və ya bizə zəng edə bilərsiniz.